Son dəqiqə

Türkiyə İsrail Hakan Fidan Benyamin Netanyahu

Netanyahunu dəstəkləyənlər cinayət tərəfdarlarıdır – Hakan Fidan

Bakı, TurkicWorld

Netanyahunu alqışlayanlar tarixə qanlı cinayətkarın tərəfdarları kimi düşdülər.

TurkicWorldxəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzzada soyqırım törədən Benyamin Netanyahunun Vaşinqtonda ABŞ Konqresində etdiyi çıxışa münasibət bildirib.

"Qəzzada ölənlərin sayı 40 minə çatıb. Milyonlarla fələstinli evlərini itirərək köç etmək məcburiyyətində qalıb.” – deyə Fidan qeyd edib.

O bildirib ki, başda Netanyahu olmaqla bütün İsrail rəsmiləri bir gün ədalət qarşısında cavab verəcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər