Son dəqiqə

İsrail Qəzza

İsrail yardım gözləyən qəzzalıları atəşə tutub

Bakı. TurkicWorld:

İsrail yardım gözləyən qəzzalıları atəşə tutub.

TurkicWorld-un məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi, İsrail qüvvələrinin Qəzzanın cənubunda yardım gözləyən fələstinlilərə atəş açması nəticəsində 70 fələstinlinin həyatını itirdiyini, həyatını itirənlərin sayının 100-ü keçə biləcəyini açıqlayıb.

Şahidlərin bildirdiyinə görə, Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Mövzuya görə xəbərlər