Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib

Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib

Bakı. TurkicWorld:

Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mette Frederiksen bəyan edib.

Bildirilir ki, yeni hərbi yardım paketi 195 milyon funt sterlinqlik həcmindədir.

Xatırladaq ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen F-16 qırıcı təyyarələrinin yayda Ukraynaya veriləcəyini bildirmişdi.