Son dəqiqə

ABŞ Ukrayna

ABŞ Ukraynanı məğlubiyyətə hazırlayır - Qərb riyakarlığının daha bir nümunəsi

Bakı. TurkicWorld:

ABŞ-nin nüfuzlu "Foreign Affairs" jurnalı Ukrayna üçün iki ilə yaxındır davam edən müharibə fonunda bu ölkənin faktiki olaraq təslim olunmasından ibarət yeni strategiyadan bəhs edən məqalə dərc edib.

TurkicWorld xəbər verir ki, bu məqalədə atəşkəsin zəruri olduğunu və Rusiyanı məğlub etməyin mümkün olmayacağını əsas gətirərək sanki Ukraynanı məğlubiyyətə hazırlamağa çalışırlar.

"Atəşkəs insanların həyatını xilas edəcək, iqtisadiyyatın bərpasına başlayacaq və uzunmüddətli təhlükəsizlik məqsədləri üçün Qərb tərəfdaşlarından hərbi texnikanı kənara qoyacaq", - deyə nəşrin müəllifləri yazıb.

Materialda vurğulanıb ki, atəşkəsin şərtləri və vaxtı, eləcə də hərbi texnikanın və silahlı qüvvələrin çıxarılması prosesi BMT və ya ATƏT-in himayəsi altında müəyyən edilməlidir:

"Atəşkəs və ərazi danışıqları perspektivləri 2024-cü il ABŞ prezident seçkilərindən sonra yaxşılaşa bilər. Amma seçkilərə hələ bir il var. Vaşinqton hərbi-siyasi reallıqları əks etdirən yeni strategiyaya keçmək üçün Ukrayna ilə indi işləməyə başlamalıdır".

"Foreign Affairs" jurnalının ABŞ-ın ən ciddi resurslarından biri olduğunu və Ağ Evin əhval-ruhiyyəsini əks etdirdiyini nəzərə alsaq, bu məqalədən belə nəticəyə gəlmək olar ki, ABŞ beynəlxalq ictimaiyyəti Ukraynanın təslim olmasına hazırlayır. Bu, Qərbin ikiüzlü siyasətinin növbəti nümunəsidir

Mövzuya görə xəbərlər