Son dəqiqə

ABŞ Iraq PUA

İraqın şimalındakı ABŞ-nin aviabazasına hücum edilib

Bakı. TurkicWorld:

İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında ABŞ və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçan aparatla (PUA) zərbə endiriblər.

TurkicWorld -in məlumatına görə, bu barədə hərəkatın teleqram kanalında dərc olunan mesajda bildirilib.

Hərəkat ABŞ bazasına hücumu "düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab" kimi izah edib.

Qeyd olunub ki, PUA nəzərdə tutulan hədəfi vurub.

Mövzuya görə xəbərlər