Son dəqiqə

ABŞ Donald Tramp Qrenlandiya Florida

ABŞ-nin Qrenlandiya üzərində nəzarətə ehtiyacı var - Tramp

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarətin Amerikanın milli təhlükəsizliyi üçün vacibliyini bir daha vurğulayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə D.Tramp Floridada jurnalistlərin suallarını cavablayarkən bildirib.

"Milli təhlükəsizlik üçün buna ehtiyacımız var", - deyə o bildirib.

Tramp vurğulayıb ki, təbii sərvətlərə sahib olmaq xatirinə deyil, məhz bu səbəblərə görə ABŞ-nin Qrenlandiyanı bu və ya digər formada idarə etməsində israr edir.

Mövzuya görə xəbərlər