Bakı. TurkicWorld:
Ukrayna taxılının Rumıniya ərazisindən tranzitinin artırılmasına yönəlmiş üç qərar Konstansa limanında Aİ, Moldova, Rumıniya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüşdə qəbul edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Rumıniyanın nəqliyyat və infrastruktur naziri Sorin Qrindeanu ABŞ-ın Buxarestdəki səfirliyinin təşkil etdiyi bu görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Qəbul edilmiş qərarlar Sulinanın Dunay qolu boyunca fasiləsiz naviqasiyaya, pilotların sayının artırılmasına və Konstansada taxılın birbaşa bir gəmidən digərinə daşınmasına aiddir.
"Rəqəmlərin ardıcıllığı haqqında fikir vermək üçün avqust ayında Rumıniyadan 2,5 milyon tondan çox taxıl keçib. Biz qarşıdakı aylarda 4 milyon ton səviyyəyə çatmaq istəyirik və bu mümkündür", - deyə nazil bildirib.
"Həmçinin qarşıdakı dövrdə Konstansa limanında yüklərin gəmidən gəmiyə daşınması təşkil olunacaq. Bu əməliyyat sayəsində biz daşıma imkanlarını 500 min ton artıra biləcəyik", - deyə Sorin Qrindeanu vurğulayıb.