Bakı. TurkicWorld:
Kanada Ukraynanın Müstəqillik günündə ölkəyə yeni səfir təyin edib.
TurkicWorld-un məlumatına görə, Kanadanın xarici işlər naziri Melani Colinin Larisa Qaladzanın yerinə Natalka Cmoc-u Ukraynaya yeni səfir təyin edib
“Ukraynalılar müstəqillik və suverenlik uğrunda mübarizəni davam etdirdikcə, Kanada güclü tərəfdaş olaraq qalacaq və Ukraynanın bərpası və inkişafını dəstəkləmək üçün səylərini əsirgəməyəcək”, - deyə Kanada XİN bəyanatında bildirib.
Qeyd edək ki, Kanada 1991-ci ildə Ukraynanın müstəqilliyini tanıyan ilk Qərb ölkəsi olub.
Aytac Süleymanova
Twitter: a_alieva_







