ABŞ İranla bağlı olaraq Körfəzə F-16 qırıcıları göndərir - KİV

ABŞ İranla bağlı olaraq Körfəzə F-16 qırıcıları göndərir - KİV

Bakı. TurkicWorld:

ABŞ Körfəzdə İranın gəmiləri ələ keçirməsindən qorumaq üçün F-16 qırıcıları göndərəcək.

TurkicWorld xəbər verir ki, “Associated Press“ yüksək səviyyəli müdafiə rəsmisinə istinadən yaydığı mlumata görə, Pentaqon rəsmisi ABŞ-ın bu həftə sonu Körfəz bölgəsinə F-16 qırıcıları göndərəcəyini açıqlayıb.

Məlumatda qeyd edilir ki, ABŞ-ın bu qərarı İranın keçən həftə boğaz yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd edərək onlardan birinə atəş açmasından sonra verilib.