Son dəqiqə

Kim kimdir?

Yunan mifologiyasında Afrodita kimdir?

Bakı. TurkicWorld:

Afrodita - Yunan mifologiyasında eşq, gözəllik və əyləncə ilahəsidir. Simvolları qu quşu, sərçə və göyərçindir.

Afroditanın gücünün sirri, onun hamıya, o cümlədən, tanrılara da eşq əhval ruhiyyəsi aşılamasında olub. Afrodita ən çirkin sayılan, həm də şikəst olan Hefestə ərə verilməsinə baxmayaraq, əri öz dəmirçixanasında gecə-gündüz çalışarkən o, öz sevgisi ilə Ares, Poseydon, Hermes və digər tanrıların könlünü alıb. Afrodita Poseydondan Siciliyanın çarı, oğlu Eriki və qızı Rodosu dünyaya gətirib.

Digər tanrılar kimi Afrodita da öz qüvvəsini həm xeyir, həm də şər məqsədlərə sərf edib. Sparta çarı Tindareya onu lazımınca qiymətləndirmədiyinə görə, Afrodita onun hər iki qızını yoldan çıxarıb və onlar öz ərlərinə sədaqətsizlik göstəribər. Afroditanın ən sevdiyi əməllərdən biri də Zevsi tez-tez yerə enməyə və insan cildli qadınlarla əlaqəyə girməyə vadar etməsi olub. Nəticədə, Heranın Zevsə qarşı daha da hiddəti artıb. Bunun əvəzini çıxmaq üçün Zevs Afroditada, yaraşıqlı, troyalı Anxizə qarşı sevgi hissi oyadıb. Afrodita insan (qadın) obrazına girərək Anxizlə evlənib və nəticədə o, Troya müharibəsinin ən dahi qəhrəmanlarından sayılan Eneyanı dünyaya gətirib.

Mövzuya görə xəbərlər