Son dəqiqə

İran ABŞ Oman Beynəlxalq hüquq Tramp Hörmüz boğazı Hörmüz boğazı təhlükəsizliyi Strateji su yolu boğaz nəzarəti Hörmüz tranzit yeni şərtlər Muskat

Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, strateji əhəmiyyətli Hörmüz boğazının gələcəyi Tehran və Muskat tərəfindən müəyyən ediləcək. Səfir Rusiyanın Izvestia qəzetinə açıqlamasında deyib: “Bu boğaz açılacaq, lakin yeni şərtlər altında. Bu şərtlər İran və Oman hakimiyyətləri tərəfindən müəyyənləşdiriləcək.”

TurkicWorld xəbər verir ki, İran tərəfi vurğulayıb ki, ABŞ ilə sülh sazişi çərçivəsində bu boğaz üzərində nəzarəti davam etdirəcək. ABŞ isə Tehran tərəfindən irəli sürülən tranzit haqqı təklifini rədd edib və boğazdan keçidin sərbəst və ödənişsiz olmasını tələb edib.

Keçən həftə ABŞ Prezidenti Donald Tramp Omanı İranla birgə Hörmüz boğazına nəzarət etməkdə iştirak etməsi halında “partladmaq”la hədələyib. Oman isə bildirib ki, yalnız beynəlxalq hüquqa uyğun çərçivə üzərində İranla danışıqlar aparır. Hazırkı müzakirələr boğazın statusu və gələcək nizamlanma mexanizmlərini əhatə edir.

Mövzuya görə xəbərlər