Son dəqiqə

İran ABŞ Donald Tramp Hind okeanı Aralıq dənizi Qırmızı dəniz Hörmüz boğazı Ali rəhbər danışıqlar tıxac sülh sazişi Bab əl-Mandeb

İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Ali Rəhbərinə hərbi məsləhət verən Möhsün Rezai bildirib ki, Vaşinqtonla sülh sazişi üzrə aparılan danışıqlar “tıxac vəziyyətindədir” və ABŞ Prezidenti Donald Tramp bu tıxacın aradan qaldırılmasına nail olmalıdır.

TurkicWorld xəbər verir ki, Rəzai CNN-ə verdiyi müsahibədə deyib: “Danışıqlar tıxacdadır və Tramp bu tıxacı qırmalıdır. Top Trampın meydançasındadır.”

Həmçinin Rəzai xəbərdarlıq edib ki, münaqişə bərpa olunarsa, savaş Hind okeanı, Qırmızı dəniz, Bab əl-Mandeb boğazı və Aralıq dənizi ərazilərinə də yayılacaq. Hazırda İranın dəstəklədiyi Yəməndəki Husi qrupları Bab əl-Mandeb boğazında gəmilərə hücum etməyib.

Məlumdur ki, Bab əl-Mandeb və Hörmüz boğazlarının bağlanması dünyada neft və qaz tədarükünün təxminən dörddə birini kəsərdi. Bu, qlobal enerji bazarında ciddi böhran yarada və regional təhlükəsizliyi kəskinləşdirə bilər.

Mövzuya görə xəbərlər