Fateh Sultan Mehmed kimdir?

Fateh Sultan Mehmed kimdir?

Bakı. TurkicWorld:

Yeddinci Osmanlı padşahı Fateh Sultan Mehmed (II Mehmed) 1432-ci il martın 30-da Edirnə şəhərində dünyaya gəlib. O, II Muradın Hüma Xatundan olan oğlu idi. Molla Gürani kimi dövrünün məşhur alimlərindən dərs alaraq böyüyüb.

İstanbulu fəth etdikdən sonra ləqəbi “Fateh” olub. Bəzi tarixçilərin fikrincə, İstanbulun fəthi orta əsrin sonu, yeni əsrin başlanğıcı olub. Buna görə də Fateh “əsr açan hökmdar” olaraq tanınıb. Fateh çıxardığı qanunlarla dövləti əsaslı şəkildə yenidən dəyişdirib.

1443-cü ildə Manisa sancaqbəyi vəzifəsinə gətirildikdən sonra müəllimləri və yaxın adamları ilə Manisaya gedib. II Murad, Balkan yarımadasında və Anadoluda qarışıqlıqların olduğu bir dövrdə Mehmedi Edirnəyə çağırıb və onu taxta çıxardıb.

1444-cü il avqust ayında 12 yaşında təcrübəsiz bir uşağın hakimiyyətə gəlməsi Osmanlı dövləti ilə müharibədə olan dövlətlərə ümid verdi. Xaçlı ordusu Tuna çayını keçib Varnanı mühasirəyə aldı. Sədrəzəm Çandarlı Xəlil paşa Kiçik Asiyada olan II Muradı Edirnəyə çağırdı. II Murad 1444-cü il 10 noyabrda Varna döyüşündə xaçlıları məğlubiyyətə uğratdı.

Atası öldükdən sonra Mehmed 1451-ci ildə Edirnədə ikinci dəfə taxta çıxıb. 1453-cü il martın 23-də Edirnədən yürüşə çıxıb və aprelin 6-da İstanbulu mühasirəyə alıb. Mühasirə 53 gün davam edib. Heç bir yerdən kömək ala bilməyən Bizansın paytaxtı, 1453-cü il 29 mayda ələ keçirilib. Min illik Bizans imperiyasının hakimiyyətinə son qoyan II Mehmet bu hadisədən sonra “fateh” adını alıb. Fateh Sultan Mehmed ilk iş olaraq Ayasofiya məbədini məscidə çevirib.

Osmanlı dövlətinin artan bu gücü qarşısında Qaramanoğulları, Misirdəki Məmlüklər və Şərqi Anadoludakı Ağqoyunlular ittifaqa girdilər. Fateh 1466-cı ildə yeni bir Anadolu səfərinə çıxdı. Qaramanoğullarının paytaxtı Konyanı ələ keçirdi. Fateh Sultan Mehmed 1477-ci ildə Krım xanlığını Osmanlı dövlətinin hakimiyyəti altına alıb. 1478-ci ildə Albaniya səfərində yeni yerlər ələ keçirib.1479-cu ildə müqavilə imzalayaraq Venesiya ilə 16 illik müharibəyə son qoyub.

1481-ci ildə Fateh Anadoluya doğru yeni bir səfərə çıxıb. Ancaq hələ yolun başında xəstələnib və 1481-ci il mayın 3-də Qəbzədəki qərargahında vəfat edib. Fateh Sultan Mehmedin ölümündən sonra oğlu Bəyazid taxta çıxıb.

Mövzuya görə xəbərlər

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?