...

Türk mifologiyasında Od Ana kimdir?

Kim kimdir? Digər xəbərlər 18 Mart 2023 11:30
TurkicWorld Aytac Aliyeva
Türk mifologiyasında Od Ana kimdir?

Bakı. TurkicWorld:

Türk mifologiyasında Od Ana - atəş ilahəsidir. Qırmızı paltar geymiş bir qadındır. Od dilimlərilə dalğalanan qırmızı ipəkdən bir xalatı vardır. Al bir madyan üzərində səyahət edir. Uzun qırmızı saçları vardır, saçları hörgülüdür və od dilimlərinə işarədir. Doqquz atəş çayının qovşağında, doqquz guşəli mis bir evdə yaşayır.

Mifoloji inanca görə, Od Ana evlərdəki, çadırlardakı ocaqları və atəşi qoruyur. Hər ocağa bir qoruyucu ruh göndərir. Yeddi oğlu vardır və yeddisi də od tanrısıdır.

Türk mifologiyasında atəşin çox mühüm yeri var. Yer üzündəki bütün ruhlara dua edə bilmək üçün ilk növbədə od ruhuna qurban kəsmək lazımdır. Od insanlara hər şeyi söyləyə, xəbərdar edə, öyrədə bilər. Yer üzündəki ilk ocağı Ülgənin qızları yandırıb. Sonra da Od Anaya əmanət edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti