Osman Zəki Üngör kimdir?

Osman Zəki Üngör kimdir?

Bakı, TurkicWorld

Osman Zəki Üngör 1880-ci ildə Üsküdarda anadan olub. Babası Santuri Hilmi bəy Osmanlı İmperiyasının saray orkestri olan Mızıka-yı Hümayun nəzdində "Fasl'ı Cedid"-in (qərb alətləri də daxil olmaqla fasıl ansamblı) yaradıcısıdır. Atası, Şəkərci Hacı Bəkir ailəsindən Hüseyn bəydir.

Osman Zəki Üngör Beşiktaş Hərbi Liseyində oxuyub. 1891-ci ildə daxil olduğu Mızıka-yı Hümayunda istedadı ilə II Əbdülhəmidin diqqətini çəkib. Qərb musiqisini öyrənib və skripkaçı olub. O, babası Santuri Hilmi bəyin qurduğu Mızıka-yı Hümayun fasl'ı cedidində və Saffet Atabinenin təşkil etdiyi simfonik orkestrdə baş skripkaçı kimi çalışıb. Mayor rütbəsi ilə Saray Orkestrının müdiri olub.

Türkiyə Cümhuriyyəti İstiqlal Marşının bəstəkarı Osman Zəki Üngör Mızıka-yı Hümayunda və İstanbul Kişi Müəllim Məktəbində dərs deyib. O, ilk dəfə türk simfonik orkestri ilə ictimai konsertlər verib. Musiqi Müəllimləri məktəbinin direktoru olub.

Avropa şəhərlərində orkestr ilə də konsertlər verən Üngör, türk simfonik orkestrının drijoru olub.

1922-ci ildə Mehmet Akif Ersoyun sözlərini yazdığı İstiqlal Marşının musiqisini bəstələməklə böyük şöhrət qazanıb.

Cümhuriyyət elan edildikdən sonra Ankara Musiqi Cümhuriyyəti Baş İdarəsinin müdiri olub.

Musiqi Müəllimləri məktəbinin yaranmasında mühüm rol oynamış Üngör 1924-1934-cü illərdə bu məktəbin direktoru vəzifəsində çalışıb.

Üngör 1934-cü ildə təqaüdə çıxıb, 1958-ci ildə İstanbulda vəfat edib.

Dəfn mərasimində xüsusi icazə ilə Dövlət Himni səsləndirilib.

Mövzuya görə xəbərlər

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?