Bakı. TurkicWorld:
Ülken (Ulgan kimidə tanınır) Türk mifologiyasında, tenqrizm dövründə yaxşılıq tanrısı olaraq tanınır.
O, səmanın 16-cı mərtəbəsində yaşayır və Kayra Hanın oğludur. Eyni zamanda Tanrılar arasında Kayra Handan sonra ikinci dərəcəli əhəmiyyətə malikdir. İnanca görə o, Göy Tanrısının oğludur və səmanın hökmdarıdır.
Sibir tayfalarında onu yaradan tanrı adlandırırlar. Onun, qızıl dağda yerləşən qızıl sarayda yaşadığı və qızıl taxtda oturduğu düşünülürdü.
Səma cisimlərini idarə edən Ülgen səmavi və mifoloji hadisələrin ilk mənbəyi kimi tanınır.
Biri ağ, biri qara iki daşla gəlib insanlara alov yaratmağı öyrətdiyi də deyilir.
Uzun saçlı və böyük qalxanlı bir personaj olaraq təsvir edilir.
O, Yunan mifologiyasındakı "Tanrıların atası Zevs " kimi şimşək və ildırımlarla təsvir edilmişdir.
Onun ildırımla vurduğu yer mübarək sayılır.
Ülgenin yeddi oğlu və bir qızı var. Onun həyat yoldaşı haqqında bir neçə mənbədə Taz Xanım (Kel Xanım) kimi qeyd olunur. Övladları da özü kimi insan şəklində görünür.
Göyün hökmdarı hesab edildiyi üçün mavi rənglə simvollaşdırılır.
Məlumatlara görə, o, dünyanı hərəkət etdirmək üçün 3 balıq yaradır.
Göyün 16-cı mərtəbəsi olaraq bildirilən və onun yaşadığı məkan olaraq hesab edilən yer Aydan, Günəşdən və ulduzlardan çox uzaqda sayılır.
Onun sağında və solunda iki ağ Günəş var. Bunlar ona çatmaq istəyən şamanlar üçün maneə sayılır.