Türk mifologiyasında Huma quşu nədir?

Türk mifologiyasında Huma quşu nədir?

Bakı. TurkicWorld:

Huma quşu - türk mifologiyasında tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quşdur.

Mifoloji inanclara görə, başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanılan bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Buna başqa sözlə cənnət quşu, səadət quşu, huma və ya humay deyilir. Xoşbəxtlik, səadət, müvəffəqiyyət rəmzidir. Elə ona görə də o, dövlət və səadət quşu adlandırılıb.

Məlumat üçün bildirək ki, bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə, insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır.