Türk mifologiyasında Ağbuğa xan kimdir?

Türk mifologiyasında Ağbuğa xan kimdir?

Bakı. TurkicWorld:

Türk mifologiyasında Ağbuğa xan - tibb tanrısıdır. Həkimlərin qoruyucusudur.

İnanca görə, qolunda böyük bir ağ ilan daşıyar. Təbiblər ona dua edərlər və kömək diləyərlər. Ağbuğa xanın əlində təbabətə dair elmi məlumatı və müdrikliyi təmsil edən bir əsası vardır.

Bu əsa ilə hansı xəstəyə toxunsa, həmin xəstə olan kimsə dərhal şəfa tapar. Ağbuğa xanın əlində tutduğu ilanı isə yer üzündəki ilanlardan fərqli olaraq zəhərli deyildir. Onun zəhəri şəfadır və zəhəri hər cür xəstəliyin dərmandır.