Son dəqiqə

Kim kimdir? Mifologiya

Türk mifologiyasında Çaxay Xan kimdir?

Bakı: TurkicWorld:

Çaxay Xan

Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinən Çaxay Xan Türk və Altay mifologiyasında şimşəklər və ildırımlar çaxtıran ildırım tanrısıdır.

Yerdəki pis ruhları izləyib onları gizləndikləri ağacların üzərinə atəşini göndərdiyi hesab edilir.

Əgər bir kimsə ildırım düşən ağacdan bir parça alıb saxlansa onun evə pis ruhların girməsi maneə olacağı düşünülürdü.

Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şey olduğuna görə, bəzi Türk birlikləri Çaxaya süd ya da ayranı saçı (cansız qurban) verərdilər.

Monqol tarixində ildırım səbəbiylə yarım qalan və ya itirilən döyüşlər olduğuna görə onların çox vaxt ildırım və şimşəkdən qorxarduqları deyilir. Ancaq Türklərin ildırımı çox sevdiyi və ildırım düşüncə at sürüb göyə ox ataraq bu sevinclərini göstərdikləri deyilir.

İldırım baharda yeni günün (yeni ilin) xəbərçisi deməkdir. Bundan başqa ildırımın düşdüyü yerə məbəd edilirdi.

Çaxılqan

Türk, Monqol və Altay mifologiyasında şimşək tanrısı hesab edilən Çaxılqan Çakay Xan ilə bənzər xüsusiyyətlər daşıyır.

Bəzi fikirlərə görə eyni varlıq, bəzən də bir-birlərinin qardaşı hesab edilirlər.

Adına bir çox yerdə Çaqılqağan və ya Saxılqağan (Şaxılqağan, Şaxılqan) kimidə rast gəlmək olar. Onun da Çakay Xan kimi şimşəklər çaxdırdığı iddia edilir.

Qədim Türk inanclarına görə, atılan ildırımlar tanrının əsas silahı və gücünü göstərmə vasitəsidir.

Türklər göydən enən silahların İldırım İyesi tərəfindən göndərildiyinə inanır və göydən gələn ildırımın parçalarından hazırlanmış Koroğlu və Atillanın qılınclarını müqəddəs qəbul edirdilər.

İnanışa görə, İldırım tanrısı, yer üzünü pis varlıqlardan və pisliklərdən təmizləmək üçün, öz uşaqlarını yer üzünə göndərir.

Etimologiya

(Çax/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq felidir. Çaxan (yanıb sönən) işıq deməkdir. Monqolcada Şaxılqan sözü bu gün elektrik mənası daşıyır. Köhnə forması Tıyakılgan isə şimşək mənası daşıyıb.

Mövzuya görə xəbərlər