Son dəqiqə

Mifologiya

Türk mifologiyasında Ağ Ana kimdir?

Bakı. TurkicWorld:

Ağ Ana - Türk, Tatar, Altay, Yakut mifologiyalarında dəniz ilahəsi olaraq hesab edilir.

Müxtəlif Türk dillərində Ak Ana, Ürüng Ene, Şura (Sura, Sor) Ene olaraq da bilinir. Monqollar isə onu Sagan (Sagağan) Ece olaraq adlandırırlar.

Qədim etiqada görə, Ağ Ana hələ heç bir şey yaratılmamışkən və yalnız ucsuz-bucaqsız bir su varkən, sonsuz sulardan çıxaraq, tanrı Ülgene yaratma ilhamını verərək tıkrar sulara qayıdıb.

Hesab edilir ki, ışıqdan (cismani olmayan) bir bədəni vardır, başında güc və qüdrət işarəsi olan və taca bənzəyən zərif buynuzları var.

Su pərisini xatırladan çox uzun bir balıq quyruğuna sahibdir, quyruğu yüngül maviyə çalan bir rəngdədir. Ətrafında dəniz ulduzları gəzir.

Həyatın başlanğıcına dair nə varsa hamısına ruh verərək həyatı başlatmışdır. Etiqadə görə, Aralıq dənizində yaşayır.

Etimologiya

(Ağ/Aq/Ak) kökündən törəmişdir. Ağmaq, axmaq, beyazlamaq, işıldamaq, yüksəlmək, yuxarı çıxmaq və ya aşağı enmək, yaratmaq kimi mənalar daşıyar.

Mənbə: AzərPress

Mövzuya görə xəbərlər