Son dəqiqə

Mifologiya

Türk mifologiyasında Ülgən xan kimdir?

Bakı. TurkicWorld:

Türk mifologiyasında Ülgən xan - yaxşılıq tanrısıdır. Göyün 16-cı qatında yaşayır. Kayra Xanın oğludur. Qızıl Dağda, qızıl qapısı olan qızıl bir sarayda yaşayır. Qızıl bir taxt üzərində oturub.

Türk mifoloji inancına görə, göy cisimlərini idarə edər. Meteoroloji hadisələr haqqında ilkin məlumatları Ülgən xan verib. Biri ağ, digəri qara iki daşla gələrək insanlara od yandırmağı öyrədib. Yaxşılıq etməyi sevər. Uzun saçları vardır. Yanında böyük bir qalxanı olur. Əlində ildırımlar göndərən bir yayı vardır. İldırımlar və şimşəklər onun silahıdır. İldırımla vurduğu şey müqəddəslik qazanır. Yeddi oğlu və yeddi qızı var.

Ülgən xan göyün hakimidir. Dünyaya dəstək olmaları üçün üç ədəd balıq yaradıb. Əlindəki toppuzu, ağac köklərinə bənzər və geniş budaqlıdır. Bildiyimiz Günəş, Ay və ulduzlardan çox uzaqda yaşayır. Sağında və solunda iki ağ Günəş var.

Mövzuya görə xəbərlər