Yunan mifologiyasının Aresi ilə bir tutulan Qızağan Xan, türk mifologiyasında müharibə tanrısıdır.
O, Kayra Hanın oğludur və göyün 9-cu mərtəbəsində yaşayır.
Onun, çox güclü olduğu, ordu komandanlığı üzrə mütəxəssis olduğu hesab edilirdi.
Deyilənə görə, qırmızı dəvəyə minir. Göy qurşağının onun əsası olduğu və döyüşçüləri onunla qoruduğu hesab edilirdi.
İnanca görə, Türklər və qismən də Monqollar üçün savaş və döyüş ciddi önəm kəsb etdiyi üçün, Qızağan Xanın döyüşçüləri qoruduğu və onların tanrısı olduğu hesab edilirdi.
O, türk mifologiyasının qəhrəmanları arasında ilk personajlardan biridir. Buna görə də tez-tez nağıllarda, əfsanələrdə və tarixi döyüş filmlərində istifadə edilir.
Hesab edilir ki, o tarixdə sayca az əsgərlərə özlərindən qat qat üstün olan orduları məğlub etməyə də kömək edib.