Bakı. TurkicWorld:
Türk mifologiyasında Abra adı ilə yer alan yeraltı ilanı, Abura veya Apra olaraq da adlandırılmaqdadır.
İnanca görə, yerin altında böyük bir dənizdə yaşayan və əjdahaya oxşayan nəhəng iki ilandan biridir.
Bəzilərinə görə onun Timsaha bənzər bir görüntüsü var. Bu ilanlardan digərinin adı isə Yutpadır və ikisinin adı birlikdə xatırlanır.
Abranın çox güclü çənələri vardır. Gözləri parlaq mis rəngli, ayaqları qızıldandır və inanılmaz böyüklüyü görənlərin ürəyinə qorxu salır.
Əfsanələrdə Ker Abra, Ker Yutpa və Ker Doydu olaraq üç yeraltı canlısından bəzən birlikdə bəhs edilir. Bəzən də bu üçünün eyni varlıq olduğu qəbul edilir. Abra və Yutpa, Erlik Xanın sarayının gözətçiləri olaraq da əfsanələrdə xatırlanar.
Etimologiya
Abramaq feli, dəniz vasitələrini idarə deməkdir. Sözün dənizlə olan əlaqəsi açıqdır. Aparmaq sözü qapmaq, götürüb aparmaq mənalarını ehtiva edər. Bundan başqa ağırlıq məzmunu söz kökündə mövcuddur.