Türk mifologiyasında Tulpar nədir?

Türk mifologiyasında Tulpar nədir?

Bakı. TurkicWorld:

Tulpar - türk mifologiyasında qanadlı uçan at, Peqas ilə bənzərdir. Ümumiyyətlə, ağ və ya qara bir at olaraq təsvir olunur. Ağ qanadları vardır və Kuday tanrısı tərəfindən qəhrəmanlara köməkçi olması üçün yaradılıb.

Türk mifoloji inancına görə, Tulpar qanadlarını yalnız qaranlıqda, böyük maneələri və məsafələri aşarkən açar. Əgər biri tərəfindən qanadları görülsə, Tulparın yox olacağına inanırlar.

Məlumat üçün bildirək ki, Azərbaycanın qəhrəmanlıq dastanı olan Koroğlu dastanında Qırat və Dürat tulparın nəslindən gəlir.