Bakı. TurkicWorld:
Kayra Han (vəya Kayrakan) Türk Altay mifologiyasında Yaradan Tanrı və ya Baş Tanrıdır. Atasının ilk tanrı Gök Tenqri olduğu, anasının isə olmadığı qəbul edilir.
Qədim inanca görə, o, səmanın 17-ci qatında oturur və bütün digər tanrıların yaradıcısı olaraq qəbul edilirdi.
Kainatın taleyini təyin edən və xeyirxahlığı üstünlük təşkil edən bir tanrı olaraq düşünülən Kayra Hanın yer üzünü yarıb ora doqquz budaqlı bir ağac əkdiyi deyilir ki, bu ağac da yerlə göyü birləşdirən “Uluq qayın”dır.
İnsanların əcdadı olaraq qəbul edilən doqquz nəfərin və doqquz tayfanın da bu ağacın budaqlarından yarandığı qəbul edilir.
Altayların yaradılış mifində Kayra Han dünyanın yaradıcısı olaraq qəbul edilir. Tenqrizmdə Erlik xanı cəzalandıran və altı ədəd tanrını “yaradan” tanrıdır.
O, yunan mifologiyasındakı Zevslə eyni olaraq qəbul edilir. Kayra Hanın 4 oğlu var: Ülgen, Yer Tenqri, Mergen və Kızağan.
O, tanrıların tanrısı kimi qəbul olunduğu üçün konkret keyfiyyətləri haqqında məlumat yoxdur. Mücərrəd cəhətdən izah edildiyinə görə, insan şəklində təsvir olunmur.
Ancaq məlumdur ki, qışı yerdə, yayı isə göydə keçirir.