Son dəqiqə

QHT

QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiya keçiriləcək

Bakı. TurkicWorld:

2026-cı il oktyabrın 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin operatorluğu ilə Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qarabağ Dirçəliş Fondu, ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi ilə birlikdə olan qrant müsabiqələrinə dair infosessiya keçiriləcək.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

"İnfosessiyada Prezident Administrasiyasının və donor qurumların məsul şəxsləri iştirak edəcək.

İnfosessiyada iştirak etmək, müzakirələrə qatılmaq istəyən QHT nümayəndələrindən 2026-cı il oktyabrın 27-si saat 23:30-a qədər bu blankı doldurmaqla qeydiyyatdan keçmək xahiş olunur:

https://forms.gle/83zV2en8GPQ3epZy7

Qeyd olunan vaxtdan sonra daxil olan müraciətlər nəzərə alınmayacaq.

Agentlik tərəfindən müraciətlər sistemləşdiriləcək və tədbirin keçiriləcəyi yer və saat barədə QHT-lərə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Mövzuya görə xəbərlər