İndira Qandi kimdir?

İndira Qandi kimdir?

Hindistanın ilk və yeganə qadın baş naziri olan və əsl adı İndira Priyadarşini Nehru olan İndira Qandi 19 noyabr 1917-ci ildə Hindistanın Allahabad şəhərində anadan olub.

Görkəmli hind siyasi xadimi, Hindistanın müstəqilliyi uğrunda hərəkatın və Hindistan Milli Konqresinin rəhbərlərindən biri, Hindistan Respublikasının ilk baş naziri Cavaharlal Nehrunun yeganə övladı olan İndira Hindistanda və Oksford Universitetində təhsil alıb.

1942-ci ildə Hindistan Milli Konqresinin üzvü Feroze Qandi ilə evlənib və 2 övladı olub.

1959-cu ildə ona partiya sədri vəzifəsi verildi və 1966-cı ildə Konqres Partiyasının lideri və bununla da baş nazir olduqdan sonra hakimiyyəti ələ aldı.

O, vəzifəyə gəldikdən sonra ciddi islahatlara, o cümlədən əhaliyə ciddi nəzarət proqramına başladı.

1971-ci ildə Şərqi Benqalın ayrılması üçün Hindistan qüvvələrini Pakistana qarşı səfərbər etdi.

1974-cü ildə Sikkimin birləşməsinə nəzarət etdi.

1975-ci ildə o, seçki qanunlarını pozmaqda təqsirli bilinib, fövqəladə vəziyyət elan edib, dissidentləri həbs edib və şəxsi azadlıqları məhdudlaşdıran bir sıra qanunlar qəbul edib.

Daha sonra, növbəti seçkilərdə məğlub olmasına baxmayaraq o, 1980-ci ildə hakimiyyətə qayıdıb.

1984-cü ildə o, məbəddə gizlənən siqh yaraqlılarını əzmək məqsədi ilə orduya Amritsardakı Siqh Qızıl Məbəd kompleksinə daxil olmağı əmr edir. Döyüşlərdə təxminən 450 siqh həlak oldu.

O, 31 oktyabr 1984-cü ildə qisas almaq məqsədi ilə öz Siqh mühafizəçiləri tərəfindən vurularaq öldürüldü.

Mövzuya görə xəbərlər

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?