Yücel Oğurlu kimdir?

Yücel Oğurlu kimdir?

Bakı. TurkicWorld:

Yücel Oğurlu 1970-ci ildə İstanbulda anadan olub. Əslən Balıkesirdəndir.

1992-ci ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra 1992-ci ildə Atatürk Universitetində akademik fəaliyyətinə başlayıb.

Mərmərə Universitetində 1995-ci ildə Maliyyə Hüququ Magistraturasını və 1999-cu ildə İctimai Hüquq Doktoranturasını bitirmişdir.

Doktoranturadan sonra Əhməd Yəsəvi Universitetinin Hüquq fakültəsinin yaradılmasında iştirak edib.

1999-2004 illəri arasında Yrd. Dos. Dr., 2004-2006 illəri arasında Dos. Dr. vəzifəsi ilə Atatürk Universitetinin Hüquq fakültəsində işləyib.

Bu müddət ərzində Hollandiyanın Tilburq Universitetində beynəlxalq layihə çərçivəsində qonaq professor kimi çalışıb.

2006-cı ildə İstanbul Ticarət Universiteti Hüquq Fakültəsində Dosent. Dr., 2010-cu ildə həmin kafedraya professor vəzifəsinə təyin olunduqdan sonra 2013-2016-cı illərdə Beynəlxalq Sarayevo Universitetinin (IUS) rektoru vəzifəsində çalışmışdır.

İstanbul Ticarət Universitetində müxtəlif dövrlərdə dekan və prorektor vəzifələrində çalışdıqdan sonra 2019-2023-cü illər arasında eyni universitetdə rektor vəzifəsində işləmək imkanı qazanıb.

11 yanvar 2023-cü il tarixindən etibarən məmləkəti Balıkəsirdə dövlət universiteti olan Balıkəsir Universitetinin rektoru vəzifəsində işə başlamışdır.

Mövzuya görə xəbərlər

Türkan Akyol kimdir?

Türkan Akyol kimdir?

Nuri Demirağ kimdir?

Nuri Demirağ kimdir?

Məmməd Araz kimdir?

Məmməd Araz kimdir?

Qənirə Paşayeva kimdir?

Qənirə Paşayeva kimdir?

Aliya İzzetbeqoviç kimdir?

Aliya İzzetbeqoviç kimdir?