Son dəqiqə

Kim kimdir?

Azərin kimdir?

Bakı. TurkicWorld:

Azərin 1971-ci il mayın 9-da Bakıda anadan olub. Beş yaşında Azərbaycan Dövlət Televiziya və Radiosunda solist kimi uşaq mahnılarını ifa etməyə başlayıb. Azərin Azərbaycan Dövlət Konservatoriyasının səs fakültəsini bitirib. O, bir çox dillərdə, xüsusilə italyan, ispan, rus, fransız, ingilis, özbək, qırğız, qazax və bəzi Balkan dillərində mahnı oxuyur.

2009-cu ildən TRT Avaz və TRT Musiqi kanallarında proqramlar hazırlayıb təqdim edir. 2015-ci ildə çıxan "Yüreklerde Biriz" sənətçinin Türkiyədə ilk albomudur. "Yüreklerde Biriz" albomunda yer alan "Çırpınırdın Karadeniz" mahnısına remiks həm YouTube, həm də digər rəqəmsal platformalarda ən çox izlənən və dinlənilənlər arasındadır.

İyulun 15-də “On beş iyul gecəsi” əsəri ilə bir çox verilişlərdə iştirak etmiş və ölkə mətbuatında geniş işıqlandırılıb. "Əsgər duası" mahnısı ilə həm Azərbaycan ordusuna, həm də Türkiyə əsgərlərinə sərhəd və xaricdəki əməliyyatlarda mənəvi dəstək olub. "Döyüşçü" serialının bir hissəsində rol alan Azərin aktyorluq istedadı ilə də diqqət çəkib.

Hər cümə axşamı saat 20.00-da TRT Avaz kanalında canlı yayımlanan "Azərinlə Bir Ürək" verilişini təqdim edir.

Azərinin albomları:

"Azerin 1" 2001

"Çırpınırdın Karadeniz" 2003

"Azerin 2" 2006

"Yüreklerde biriz" 2015

Mövzuya görə xəbərlər