Hakan Fidan kimdir?

Hakan Fidan kimdir?

Bakı, TurkicWorld:

Hakan Fidan 1968-ci il Türkiyənin paytaxtı Ankarada anadan olub. 1986-cı ildə astsubay kimi məzun olduqdan sonra 2001-ci ilə qədər 15 il müddətində Türkiyə Silahlı Qüvvələrində rabitə-kəşfiyyat astsubay olaraq xidmət edib. O, Quru Qoşunlarının Döyüş Məktəbindən sonra Dil Məktəbindən məzun olub.

H.Fidan Türkiyə Silahlı Qüvvələri tərəfindən üç il müddətinə Almaniyada NATO Çevik Hərəkat Korpusunun Baş Qərargahına təyin edilib. Bu təyinat zamanı o, Almaniyanın ABŞ-da yerləşən Merilend Universitetində bakalavr təhsili alıb.

Hakan Fidan 2000-ci ildə Ordu Xeyriyyə Təşkilatının (OYAK) Baş Assambleyasının üzvü seçilib. Məcburi xidməti başa çatdıqdan sonra 2001-ci ildə Türkiyə Silahlı Qüvvələrindən ayrılaraq Bilkənd Universitetində beynəlxalq əlaqələr üzrə magistratura və doktorantura təhsilini başa vurub.

Hakan Fidanın magistrlik dissertasiyası “Xarici siyasətdə kəşfiyyatın rolu”, doktorluq dissertasiyası isə “İnformasiya dövründə diplomatiya, beynəlxalq müqavilələrin yoxlanılmasında informasiya texnologiyalarının rolu” mövzusunda olub.

Daha sonra H.Fidan 2001-2003-cü illər arasında Avstraliyanın Ankaradakı səfirliyində siyasi və iqtisadi məsləhətçi kimi fəaliyyətə başlayıb.

O, 2003-cü ildə Türk Əməkdaşlıq və İnkişaf İdarəsində (TİKA) işləyib. Hakan Fidan 2007-ci ilə qədər bu vəzifədə çalışıb.

O, TİKA-nın sədrliyi dövründə baş nazirin müavini və xarici işlər naziri vəzifələrində çalışan Abdullah Güllə yaxından əməkdaşlıq edib.

H.Fidan 14 noyabr 2007-ci ildə Baş nazirliyin xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşavir müavini vəzifəsinə təyin edilib.

H.Fidan Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi dövründə onun bir çox xaricə səfərlərində, xarici dövlət xadimləri ilə görüşlərində iştirak edib.

H.Fidan 8 mart 2008-ci ildə Beynəlxalq Ahmet Yesevi Universitetinin Qəyyumlar Şurasının üzvü təyin edilib. O, 2011-ci ilin fevralında bu vəzifədən istefa verib. Hacettepe və Bilkənd universitetlərində dərs keçib.

Hakan Fidan 17 aprel 2009-cu ildə Milli Kəşfiyyat Təşkilatının müşavir müavini vəzifəsinə təyin edilib.
O, 25 may 2010-cu ildə MİT müşaviri seçilərək 42 yaşında ən gənc müşavir oldu.

Hakan Fidan 3 iyun 2023-cü ildə tarixində Türkiyənin Xarici İşlər naziri seçilib.