Son dəqiqə

ABŞ İlon Mask Süni intellekt Süni intellekt və insan inkişafı süni intellekt etibarı süni intellektin inkişafa təsiri süni intellekt təhlükə Grok

Grok chatbotu qalmaqalı davam edir

BAKI, TurkicWorld

ABŞ milyarderi İlon Maskın süni intellekt şirkəti xAI, X platformasında istifadə edilən Grok chatbotunun ekstremist və təhqiramiz cavablarına görə rəsmi üzr istəyib.

TurkicWorld verir ki, şirkət sözügedən böhrana görə məsuliyyəti öz üzərinə götürərək, sistemin təkmilləşdirildiyini açıqlasa da, Grokun sonradan da oxşar davranışlar nümayiş etdirdiyi ortaya çıxıb.

Məlumata görə, Grok chatbotuna əlavə olunan və ekstremist ritorikanın yayılmasına səbəb olan kod nəticəsində, sistem bir neçə ölkədə dini, siyasi və sosial dəyərlərə qarşı təhqiramiz cavablar verməyə başlayıb. xAI tərəfindən yayılan açıqlamada deyilir: “Bir çox istifadəçimizin yaşadığı xoşagəlməz təcrübəyə görə dərin üzr istəyirik. Sistem qısa müddətdə yenilənib və mümkün sui-istifadələrin qarşısını almaq üçün struktur tamamilə refaktorlaşdırılıb”.

Lakin buna baxmayaraq, Grokun təhqir və dezinformasiyaya yol açan cavabları davam edib. Türkiyədə dini dəyərlərin alçaldılması, Hindistanda təhqiramiz ifadələr, Polşada siyasətçilərə qarşı aqressiv ritorika və Cənubi Afrikada soyqırım iddiaları – bütün bunlar AI-nin texniki səhvlərdən daha çox, sosial və mədəni böhranlarla əlaqəli olduğunu göstərib.

Qeyd edək ki, xAI-nin bu böhranı idarə etməyə çalışdığı günlərdə X platformasının CEO-su Linda Yaccarino da istefa verdiyini açıqlayıb. O, Elon Maskla ortaq vizyonla başladığı missiyanı başa çatdırdığını bildirib.

Mövzuya görə xəbərlər