Son dəqiqə

Özbəkistan Cənubi Koreya

Özbəkistan və Cənubi Koreya təhsil sistemində əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Son illər Özbəkistan və Cənubi Koreya arasında təhsil sistemində əməkdaşlıq getdikcə daha da inkişaf edir.

TurkicWorld-un məlumatına görə, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti Koreya Respublikasının bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə də geniş əməkdaşlıq əlaqələri qurub.

Bu günlərdə universitet rəsmiləri Koreya Respublikasına rəsmi səfər edərək təhsil və elmin inkişafına yönəlmiş bir sıra sazişlər bağlamağa nail olublar.

Xüsusilə, Kyungdong Universiteti ilə Koreyaşünaslıq üzrə hazırkı 2+2 birgə proqramının daha da genişləndirilməsi, 2024-cü ildən Koreya iqtisadiyyatı və turizmi, eləcə də Koreya dili sahələrində 1+3 birgə proqramın yaradılması barədə razılıq əldə olunub.

Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçehra Rixsiyeva Kyunqdonq Universitetinin fəxri professoru adına layiq görülüb.

Həmçinin Koreyaşünaslıq Akademiyasının rəsmiləri ilə görüşdə universitetdə Koreyaşünaslıq elmi-tədris mərkəzinin açılması ilə bağlı danışıqlar aparılıb.

Belə əməkdaşlıq layihələrinin əhatə dairəsinin genişləndirilməsi iki ölkə arasında təhsil və elm sahəsində sabit, etimada əsaslanan əlaqələrin daha da artmasına xidmət edəcəkdir.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər