Son dəqiqə

İran Özbəkistan Hüseyn Əmir Abdullahian Şavkat Mirziyoyev İbrahim Rəisi

Özbəkistan prezidenti İrana başsağlığı məktubu göndərib

Bakı. TurkicWorld:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İranın Ali Ruhani Rəhbəri Seyid Əli Hüseyni Xameneiyə İran prezidenti İbrahim Rəisinin və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası nəticəsində həlak olması ilə bağlı başsağlığı məktubu göndərib.

TurkicWorld xəbər verir ki, məktubda prezident Rəisinin Özbəkistan və İran arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və qarşılıqlı faydalı, uzunmüddətli tərəfdaşlığın təşviqinə mühüm töhfəsi vurğulanıb.

Mirziyoyev İran xalqına, həmçinin həlak olanların yaxınlarına ürəkdən başsağlığı və dəstəyini çatdırıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində doqquz nəfər həlak olub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər