Son dəqiqə

Özbəkistan MDB Qırğızıstan Şavkat Mirziyoyev Bişkek Akılbek Japarov

Mirziyoyev MDB Sammitində iştirak edəcək

Bakı. TurkicWorld:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qırğızıstan prezidenti Sadır Japarovun dəvəti ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) Sammitində iştirak etmək üçün Bişkekə işgüzar səfər edib.

TurkicWorld xəbər verir ki, Manas Beynəlxalq Aeroportunda Özbəkistan prezidentini Nazirlər Kabinetinin sədri – Qırğız Respublikası Prezidenti Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, bu gün Qırğızıstanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin Sammiti keçiriləcək. Dövlət Başçıları Şurasının iclasının gündəliyinə MDB çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən ticarət, investisiya, sənaye əməkdaşlığı, innovasiya, rəqəmsallaşma, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə birgə proqram və layihələrin həyata keçirilməsi daxildir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər