Son dəqiqə

Özbəkistan Şavkat Mirziyoyev Sinqapur

Sinqapur prezidenti bu gün Özbəkistana səfər edəcək

Bakı,TurkicWorld

Sinqapur prezidenti Həlimə Yakub mayın 23-dən 25-dək Özbəkistanda səfərdə olacaq, Bu haqda TurkicWorld Sinqapur Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən Yakub Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə danışıqlar aparacaq. Bunla yanaşı Yakub Özbəkistan-Sinqapur biznes forumunu və Özbəkistan Dövlət İdarəçilik Akademiyasını ziyarət edəcək.

“Yakub eyni zamanda Səmərqəndə səfər edəcək”- deyə Sinqapur XİN məlumatında deyilir.

Xatıqladaq ki , bu ilin yanvarında Şavkat Mirziyoyev Sinqapura rəsmi səfər edib. Səfər zamanı

Özbəkistan və Sinqapur 500 milyon ABŞ dolları nizamnamə kapitalı ilə birgə investisiya şirkətinin, eləcə də onlarla başqa layihənin yaradılması barədə razılığa gəlinib.

Son illər iki ölkə arasında ticarət dövriyyəsi iki dəfə artıb. Özbəkistanda Sinqapur kapitalı ilə fəaliyyət göstərən müəssisələrin sayı 4 dəfə artıb. Bu ölkədən Özbəkistan iqtisadiyyatına birbaşa investisiyalar 700 milyon dollar təşkil edib.

Mövzuya görə xəbərlər