Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiyaya töhfə verəcək - Ərdoğan

Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiyaya töhfə verəcək - Ərdoğan

Bakı. TurkicWorld:

Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiyaya töhfə verəcək. İstanbul fonda ev sahibliyi edəcək.

TurkicWorld-un məlumatlna görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türk İnvestisiya Fondunun təsis müqaviləsinin imzalanması sammitin konkret addımları arasında idi.

"Bərabər sərmayə töhfəsi və türk dünyasında bərabər səs hüququ əsasında qurulacaq fonda İstanbul ev sahibliyi edəcək. Türk dövlətlərindəki firmaların maliyyəyə daha asan çıxışı olacaq", - deyə R.T.Ərdoğan bildirib.