Son dəqiqə

Türkiyə Rusiya Vladimir Putin Rəcəb Tayyib Ərdoğan Ankara Moskva Rusiya Ukrayna müharibəsi

Rusiya və Türkiyə liderləri Türkmənistanda strateji mövzuları müzakirə edəcək

BAKI,TurkicWorld, Fərid Mikayılov

Kreml Administrasiyası Rusiya Prezidenti Vladimir Putinin bu həftə Türkmənistana rəsmi səfər edəcəyini və səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yayıb.

Onun sözlərinə görə, Putin 12 dekabrda Aşqabadda olacaq və “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” forumunda iştirak edəcək.

Kremlin açıqlamasında bildirilib ki, Putin–Ərdoğan görüşündə Ukraynadakı vəziyyət, regional proseslər və Rusiya–Türkiyə ikitərəfli münasibətlərinin aktual istiqamətləri müzakirə olunacaq.

Türkmənistandakı görüşün, xüsusilə də Moskva–Ankara xəttində diplomatik dialoqun intensivləşməsi fonunda, iki ölkə arasında siyasi gündəliyin formalaşması baxımından əhəmiyyətli olması qeyd edilir.

Mövzuya görə xəbərlər