BAKI, TurkicWorld, Nailə Babazadə
Azərbaycan və Ermənistan barış müqaviləsi imzalamağa heç vaxt olmadığı qədər yaxındır.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri İstanbulda keçirilən 16-cı Böyükelçilər Konfransında bildirib.
"Uzun illər barışa həsrət qalan Cənubi Qafqaz indi tarixi bir dövrdən keçir" - deyə Ərdoğan qeyd edib.
Ərdoğan əlavə edib ki, bu proses çərçivəsində Türkiyə də Ermənistanla normallaşma prosesini irəlilətmək üçün Azərbaycanla dialoq aparır və gələn ilin əvvəlindən bəzi simvolik addımlar atılması planlaşdırılır.






