AASM Türkiyədə güclü zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib

AASM Türkiyədə güclü zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib

Bakı. TurkicWorld:

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.

TurkicWorld bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.