Türkiyənin yüngül hücum təyyarəsi olan Hürjetin mühərriki ilk dəfə işə salınıb

Türkiyənin yüngül hücum təyyarəsi olan Hürjetin mühərriki ilk dəfə işə salınıb

Bakı. TurkicWorld:

Türkiyənin reaktiv təlim və yüngül hücum təyyarəsi olaraq istifadə ediləcək Hürjetin mühərriki ilk dəfə işə salınıb. TurkicWorld-un məlumatına görə, bu xəbəri Türkiyə Müdafiə Sənayesinin sədri İsmail Dəmir sosial media hesabında paylaşdığı video ilə açıqlayıb.

O, müdafiə Sənayesi Rəyasət Heyətinin koordinasiyasında həyata keçirilən Hürjet Layihəsində ilk uçuş üçün intensiv işlərin aparıldığını bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə müdafiə sənayesi olaraq Cumhuriyyətimizin 100-cü ildönümündə işlərimiz tam sürətlə davam edir.” deyə Dəmir paylaşımında qeyd edib.

Tək mühərrikli və tandem kokpiti olan Hürjet üstün performans xüsusiyyətləri ilə müasir döyüş təyyarələri təlimində mühüm rol oynamaq üçün nəzərdə tutulub.

Hürjet əsasən döyüş hazırlığı təlimlərində, hava patrulu (silahlı və silahsız) və akrobatik nümayiş təyyarələri kimi missiyalar yerinə yetirməkdə istifadə ediləcək.

Təyyarə təxminən 14 metr uzunluğunda, 5 metr hündürlüyündə və 9,5 metr qanad açıqlığında olacaq və saatda 1235 km sürətə çata biləcək və maksimum 13,715 km hündürlük səviyyəsində uça biləcək.

Təyyarənin üçü qanad altında, biri isə gövdə altında olmaqla 7 stansiyası olacaq və onlara 3 tona yaxın müxtəlif faydalı yüklər əlavə oluna biləcək.