BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç ilə İstanbulda görüşüb.
TurkicWorld xəbər verir ki, Dolmabağça Ofisində baş tutan rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasındakı strateji münasibətlər, regional təhlükəsizlik məsələləri və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub. Təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşün işçi nahar formatında davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu görüş regionda davam edən hərbi-siyasi gərginlik fonunda Balkanlarda sabitliyin qorunması və Türkiyənin vasitəçilik səylərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.







