Son dəqiqə

Türkiyə Fələstin İsrail Yunanıstan Şimali Kipr Türk Respublikası Tahsin Ertuğruloğlu Cənubi Kipr Rum Administrasiyası KKTC XİN

İsrailin Egey planı Fələstinin işğalı ssenarisinin təkrarıdır - Şimali Kiprin XİN rəhbəri

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu İsrail vətəndaşlarının Yunanıstana məxsus Egey adalarında məskunlaşdırılması ilə bağlı müzakirələri kəskin tənqid edərək, bu təşəbbüsü "xəstə təfəkkürün məhsulu" adlandırıb. Nazir bu cür addımların Türkiyə və ŞKTR-ni geosiyasi cəhətdən mühasirəyə almaq məqsədi daşıdığını və genişmiqyaslı strateji planın tərkib hissəsi olduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, Ertuğruloğlu İsrailin bu cür planlarını birbaşa Fələstinin işğalı layihəsinin Egey dənizindəki təzahürü kimi qiymətləndirib.

Nazir Ertuğruloğlu İsrail ilə Cənubi Kipr Administrasiyası arasında güclənən əlaqələrə diqqət çəkərək, Nikosiya ilə qurulan bu əməkdaşlığın növbəti addımının Egey regionuna doğru irəliləmək olduğunu bildirib. O, bu prosesi Türkiyəyə qarşı yönəlmiş bir "mühasirə siyasəti" kimi xarakterizə edib və belə bir addımın regionda gərginliyi pik həddə çatdıraraq birbaşa münaqişə üçün bəhanə ola biləcəyi barədə xəbərdarlıq edib.

ŞKTR-nin baş diplomatı İsrailin bu ideyalarının kökündə XX əsrin əvvəllərinə dayanan ekspansiyaçı yanaşmanın durduğunu qeyd edərək, Təl-Əvivin həm Kiprdə, həm də Egey adalarında möhkəmlənmək niyyətində olduğunu ifadə edib. Ertuğruloğlunun fikrincə, İsrailin bu strateji gedişləri regionun təhlükəsizlik balansını pozmağa xidmət edir və türk tərəfi bu cür təhlükəli ssenarilərə qarşı son dərəcə ciddi mövqe nümayiş etdirməkdə qərarlıdır.

Mövzuya görə xəbərlər