Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi İraq Bağdad

Türkiyə hərbçiləri Bağdaddan təxliyə edildi

BAKI,TurkicWorld

Türkiyənin Milli Müdafiə Nazirliyi NATO-nun İraq Missiyasının geri çəkilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, son dövrlərdə bölgədə baş verən hadisələr nəzərə alınaraq NATO tərəfindən İraqdakı missiyanın dayandırılması qərarı verilib.

Bildirilib ki, bu qərar çərçivəsində İraqın paytaxtı Bağdadda xidmət edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti uğurla ölkəyə təxliyə olunub. Eyni zamanda, NATO-nun geri çəkilmə planı çərçivəsində müttəfiq ölkələrin hərbçilərinin təxliyəsinə də Türkiyə tərəfindən dəstək göstərilib.

Nazirlik vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri beynəlxalq missiyalar və ikitərəfli əməkdaşlıq çərçivəsində geniş coğrafiyada sülhün təmin olunmasına və sabitliyin qorunmasına töhfə verməyə davam edir.

Bununla yanaşı, Türkiyədə NATO çərçivəsində yaradılması planlaşdırılan çoxmillətli korpus qərargahı ilə bağlı işlərin davam etdiyi bildirilib.

Qeyd olunub ki, bu qərargahın yaradılması istiqamətində hazırlıq işləri aparılır və proses NATO ilə koordinasiyalı şəkildə davam etdirilir.

Mövzuya görə xəbərlər