Son dəqiqə

Vladimir Zelenski Qətər Doha

Qətər və Ukrayna arasında müdafiə sazişi imzalanıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Ukrayna Prezidenti Vladimir Zelenskinin Dohaya rəsmi səfəri çərçivəsində Qətər və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Sənəd raket və pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.

TurkicWorld xəbər verir ki, Qətər Müdafiə Nazirliyinin bəyanatına görə, saziş texnoloji əməkdaşlıq, birgə layihələrin hazırlanması və müdafiə sənayesinə investisiyaların cəlb edilməsi sahələrini əhatə edir. Sənədi Qətər Silahlı Qüvvələrinin Baş qərargah rəisi Casim bin Məhəmməd əl-Mənayi və ukraynalı həmkarı Andrey Qnatov imzalayıblar.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə Vladimir Zelenski arasında keçirilən görüşdə regiondakı gərginlik, xüsusilə İrana qarşı davam edən hərbi əməliyyatlar və Ukrayna böhranı müzakirə olunub. Ukrayna lideri Qətərin suverenliyini və təhlükəsizliyini qorumaq üçün atdığı addımları dəstəklədiyini bəyan edib. Tərəflər həm Yaxın Şərqdə, həm də Ukraynada münaqişə dairəsinin genişlənməməsi üçün hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

Mövzuya görə xəbərlər