Son dəqiqə

Türkiyə İsrail İran ABŞ Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

İrana endirilən zərbələr regionu böyük müharibəyə sürükləyir - Hakan Fidan

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən STRATCOM 2026 beynəlxalq sammitindəki çıxışında Yaxın Şərqdəki gərginliklə bağlı kəskin xəbərdarlıqlar edib.

TurkicWorld xəbər verir ki, nazir İrana qarşı endirilən "qanunsuz zərbələrin" regionu genişmiqyaslı müharibə həddinə çatdırdığını bildirib.

Hakan Fidan qeyd edib ki, hazırkı eskalasiya İsrailin ekspansionist siyasəti və Benyamin Netanyahunun siyasi sağ qalma cəhdləri üzərində qurulub. "Bu, İsrailin seçdiyi müharibə ola bilər, lakin bədəlini bütün dünya ödəyir", - deyə nazir vurğulayıb. O, həmçinin İranın Körfəz ölkələrinə təsir edən addımlarının da riskli olduğunu və Türkiyənin region dövlətlərini dağıdıcı münaqişəyə sürükləyən istənilən ssenarini rədd etdiyini diqqətə çatdırıb.

Türkiyə XİN rəhbəri beynəlxalq sistemin "mənəvi kompasını" itirdiyini və informasiya sahəsinin manipulyasiya silahına çevrildiyini qeyd edərək, yeganə çıxış yolunun dərhal deeskalasiya və nəticəyə yönəlmiş diplomatiya olduğunu bildirib. O, Türkiyənin münaqişənin dayandırılması üçün bütün diplomatik kanalları səfərbər etməyə davam edəcəyini rezüme edib.

Mövzuya görə xəbərlər