Son dəqiqə

KAAN Türkiyə - Səudiyyə Ərəbistanı əməkdaşlığı Türkiyə–Səudiyyə və Türkiyə–Misir münasibətlərində yeni mərhələ Ərdoğan: Türkiyə–Səudiyyə Ərəbistanı münasibətləri regional sülh üçün stratejidir Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb Türkiyə və Səudiyyə iqtisadi və enerji əməkdaşlığını genişləndirir Türkiyə–Səudiyyə bəyanatında regional sabitlik gündəliyi ön plana çıxıb

KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər.

TurkicWorld xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində əlaqələrin müsbət trayektoriya ilə inkişaf etdiyini bildirən Ərdoğan, xüsusilə pilotsuz uçuş aparatları sahəsində artıq bir çox müqavilələrin imzalandığını xatırladıb. KAAN layihəsinin isə sadəcə bir təyyarə deyil, Türkiyənin mühəndislik qabiliyyətinin və müstəqil müdafiə iradəsinin rəmzi olduğunu vurğulayıb.

Ərdoğan KAAN ilə bağlı dünyadan bir çox müsbət rəylər aldıqlarını qeyd edib.

"Səudiyyə Ərəbistanı ilə bu mövzuda ortaq investisiya məsələsi gündəmdədir. Hər an bu ortaq investisiyanı reallaşdıra bilərik. Dünyada bu sahədə daha çox söz sahibi olduqca, belə əməkdaşlıqlarımız mütləq artacaqdır." - deyə Ərdoğan qeyd edib.

Prezident həmçinin əlavə edib ki, Türkiyə müdafiə sənayesində ilk növbədə öz ehtiyaclarını qarşılamağa fokuslansa da, dost və qardaş ölkələrin ehtiyaclarının təmini üçün də səylərini davam etdirir. Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsindəki iş birliyini inkişaf etdirməkdə qərarlı olduqlarını deyən Ərdoğan, bu əməkdaşlığın hər iki ölkə üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.

Mövzuya görə xəbərlər