Son dəqiqə

Somali Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb Türkiyə–Səudiyyə sənədində İsrailə Suriyadan çıxmaq çağırışı Türkiyə və Səudiyyə iqtisadi və enerji əməkdaşlığını genişləndirir Birgə bəyanatda müdafiə və kibertəhlükəsizlik əməkdaşlığı vurğulanıb Türkiyə–Səudiyyə bəyanatında regional sabitlik gündəliyi ön plana çıxıb

Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyə ilə Səudiyyə Ərəbistanı liderlərinin Ər-Riyadda keçirdiyi təmaslardan sonra iki ölkə 31 maddəlik birgə bəyanat qəbul edib.

TurkicWorld xəbər verir ki, sənəddə tərəflər regional gərginliklərin artmasından narahatlıq ifadə edərək, diplomatik əlaqələndirmənin davam etdiriləcəyini bildiriblər. Bəyanatın mühüm hissələrindən biri iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və özəl sektor xətti ilə əməkdaşlığın artırılması ilə bağlıdır.

Sənəddə enerji gündəliyi ayrıca qeyd olunub: neft-kimya təchizatı, elektrik və bərpa olunan enerji üzrə əməkdaşlıq, enerji səmərəliliyi, eləcə də təmiz hidrogen istiqamətində imkanların araşdırılması niyyətinin yer aldığı bildirilir.

Bəyanatda müdafiə və təhlükəsizlik üzrə razılaşmaların icrasının sürətləndirilməsi, terrorçuluq və onun maliyyələşdirilməsi ilə mübarizə, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi kimi məqamlar da əksini tapıb.

İqlim gündəliyi çərçivəsində 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 tədbiri barədə qeyd yer alır.

Mövzuya görə xəbərlər