BAKI,TurkicWorld,Yusif Şərifzadə
Somaliland müdafiə naziri Məhəmməd Yusif Əli İsrailin bölgədə hərbi baza açmaqla bağlı danışıqlar apardığı barədə xəbərləri rədd edib.
TurkicWorld xəbər verir ki, o bu açıqlamanı Tel-Əvivdə keçirilən konfransın kənarında “Reuters” agentliyinə verib.
Nazir bildirib ki, İsrail hazırda Somalilandın ordu və polis qüvvələrinin təlimində iştirak edir, lakin hərbi baza ilə bağlı iddialar “şayiədir”.
Son aylarda İsrailin Somalilandı müstəqil dövlət kimi tanıdığı bildirilir.
Somaliland prezidenti Abdirahman Məhəmməd Abdullahinin bu həftə İsrailə səfər etdiyi və Qüdsdə səfirlik açdığı da qeyd olunur.
Somali bu addımı sərt şəkildə tənqid edərək bunu öz suverenliyinə qarşı “qəsdən atılmış addım” adlandırıb.
Məsələ Afrika və Yaxın Şərq regionunda yeni diplomatik gərginlik yaradıb.







