Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Pakistan Səudiyyə Ərəbistanı Şahbaz Şərif Məhəmməd bin Salman Türkiyə - Səudiyyə Ərəbistanı əməkdaşlığı

Ərdoğan Səudiyyə Ərəbistanına gedir

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 7-də Səudiyyə Ərəbistanına birgünlük işgüzar səfər edəcək.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında bildirib ki, səfər çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılır.

Görüşün üçtərəfli formatda keçiriləcəyi gözlənilir.

Səfərin gündəliyi ilə bağlı əlavə məlumat açıqlanmasa da, görüşdə Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan münasibətləri, regional məsələlər və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunacağı bildirilir.

Mövzuya görə xəbərlər