Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Bayraktar TB3 Türk Silahlı Qüvvələri Bayraktar KIZILELMA

Türkiyə Silahlı Qüvvələrinin inventarına Bayraktar TB-3 SİHA daxil edilib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində Bayraktar TB-3 Silahlı PUA-lar (SİHA) inventara daxil edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiyə Nazirliyi Quru Qoşunları Komandanlığına Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və Nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk məlumat verib.

MN-nin açıqlamasına görə, Bayraktar TB-3 və digər yeni silah sistemləri ordunun əməliyyat qabiliyyətinin artırılması və müdafiə sənayesinin inkişafının sürətləndirilməsi məqsədilə tətbiq olunub. Yeni sistemlər arasında həmçinin Lazer Axtarışlı Uzun Mənzilli Tank Əleyhinə (L-UMTAS) raketləri, Orta Hündürlük Hava Hücumundan Müdafiə Sistemi (HİSAR-O), KARAOK Tank Əleyhinə Sistemi və modernləşdirilmiş M60T tankları var.

MSB brifinqində vurğulayıb ki, Bayraktar TB-3 SİHA-ları ordunun strateji imkanlarını artıracaq və əməliyyatlarda əlavə üstünlük təmin edəcək.

Mövzuya görə xəbərlər